Bu gün Topaz Premyer Liqasının 26-cı turunun növbəti oyunları keçiriləcək.
Korner.az–ın məlumatına görə, turun ikinci oyun günündə dörd qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Qəbələ" "Bakı"nı qəbul edəcək. İlk "altılıq"da qeyri-stabil oyun nümayiş etdirən hər iki komandanın oyunu maraqla gözlənilir.
Turun mərkəzi qarşılaşması isə "Qarabağ" və "İnter" arasında olacaq. "Neftçi"ni məğlub etməklə çempionluq şanslarını artıran Ağdam klubu "bankirlər"i devirməklə növbəti 3 xalını aktivinə yazdırmaq niyyətindədi.
Günün digər bir qarşılaşması isə ikinci "altılıq"da mübarizə aparan "Xəzər Lənkəran" və "Turan" arasında olacaq. Ötən tur "Kəpəz" üzərində ilk qələbəsini qazanan Toşak bu uğurlu seriyanı Tovuz klubu ilə oyunda da davam etdirmək niyyətindədi.
Günün son qarşılaşması isə əyalətdə keçiriləcək. Zaqatalada "Simurq" lider "Neftçi"ni qəbul edəcək.
Qol: Viktor Mendi, 29, Rauf Əliyev, 90 (p)
Qol: Maksim Medvedev, 25, Vüqar Nadirov, 46, Emeka Opera, 80, Fomenko, 54
Qol: Rukavina, 26, Elnur Abdullayev, 42, Robert Alviz, 65-pen, Ender Günlü, 69
Qol: Vobay, 48
