Topaz Premyer Liqasında fevralın ən gözəl qolu müəyyənləşir.
Korner.az-ın məlumatına görə, başa çatmaqda olan ayda çempionatımızda qeydə alınan 5 ən gözəl qol futbolsevərlərin ixtiyarına verilir.
Bunlar Asif Məmmədovla (“İnter”) türkiyəli Ender Günlünün “Xəzər Lənkəran”la səfər, Rəşad Sadiqovun “Simurq”a Zaqatalada, Rəşad Sadıqovun (“Qarabağ) “Sumqayıt”, litvalı Mindauqasın Kalonasın (“Rəvan”) “Qarabağ”la ev oyununda vurduğu qoldur.
Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilən səsvermədə iştirak etməklə qalibi müəyyənləşdirmək imkanına malik olursan.