Millimizin oyunları ilə əlaqədar Topaz Premyer Liqasının 2018/2019 mövsümündə 60 gün fasilə olacaq.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, çempionatın təqvimi tərtib olunarkən yığmanın maraqları nəzərə alınacaq. R.Musayev bununla bağlı millimizin baş məşqçisi Qurban Qurbanovla danışdıqlarını söyləyib: “Elə bir problem yoxdur. Fasilə çox olmayacaq. Milliyə görə dözmək olar, təki nəticə olsun”.
