Topaz Premyer Liqası: XII turunun rəmzi komandası açıqlandı
28.11.2018 , 14:11

Topaz Premyer Liqasında XII turun rəmzi komandası açıqlanıb.
“İnStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qəbələ”nin 4, “Zirə”, “Neftçi” və “Qarabağ”ın hərəyə 2, “Sabah”ın isə 1 futbolçusu düşüb.
Onlardan “Neftçi”nin qapıçısı Səlahət 6-cı dəfə bu komandada yer alıb.
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) – 6
Müdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) – 3, Voislav Stankoviç (“Qəbələ”) – 2; Yakub Jezniçak (“Qarabağ”) – 3 , Abbas Hüseynov (“Qarabağ”) – 4
Yarımmüdafiəçilər: Ceyms Adeniyi (“Qəbələ”) – 4; Emin Mahmudov (“Neftçi”) – 3; İlkin Muradov (“Zirə”); Bilal Həmdi (“Zirə”) – 2
Hücumçular: Cavid İmamverdiyev (“Sabah”) – 2; Stiven Monroz (“Qəbələ”) – 3.
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.
