Topaz Premyer Liqası: hər oyuna 625 azarkeş
22.10.2018 , 10:01

Topaz Premyer Liqasında 8-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Turun ilk görüşü Qəbələdə “Qəbələ” və “Neftçi” arasında baş tutub. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanı stadionda 700 nəfər izləyib.
“Azersun Arena”da baş tutan “Qarabağ” – “Səbail” matçında (1:0) 1100, “ASK Arena”da reallaşan “Keşlə” – “Zirə” qarşılaşmasında (1:0) isə 500 azarkeş qeydə alınıb.
“Dalğa Arena”da keçirilən “Sumqayıt” – “Sabah” görüşünü (1:0) isə 200 azarkeş stadiondan izləyib.
Beləliklə, 8-ci turda 2500 azarkeş qeydə alınıb. Bu da hər oyuna 625 fanat deməkdir.
