Topaz Premyer Liqası dünyada neçəncidir?
21.01.2019 , 10:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını dərc edib.
Topaz Premyer Liqası 306 xalla dünya reytinqində 70-ci pillədə qərarlaşıb. Çempionatımız 2017-ci illə müqayisədə 20 pillə geriləyib.
Siyahıya 1256 xalla İspaniya La Liqası başçılıq edir. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdür.
