Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinq siyahısını açıqlayıb.
Korner.az–ın məlumatına görə, bizim Premyer Liqa 126 ən güclü çempionatın yer aldığı reytinq siyahısında 250 xalla dünyanın 84-cü çempionatı olub.
Azərbaycan Premyer Liqası 6 ayda 27 pillə yüksəlişə nail olub. Belə ki, 6 ay bundan öncə açıqlanan siyahıda bizim Azərbaycan çempionatı 81,5 xalla 111-ci idi.
Siyahıya İspaniya La Liqası 1283 xalla başçılıq edir. Braziliya 1057, Almaniya 1037 xala malikdir.