Topaz Premyer Liqasında 31-ci turun rəmzi komandası məlumdur.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Instat Football şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı: Səlahət Ağayev (Sumqayıt)
Müdafiəçilər: Slavik Alxasov (Sumqayıt); Murad Doymuş (Sumqayıt); Dilaver Zrnanoviç (Simurq); İlkin Qırtımov (Simurq);
Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL); Taqim Novruzov (AZAL); Luis Paulo Hilario (Qəbələ); Pəvin Paşayev (Kəpəz);
Hücumçular: Junior Nildo (AZAL); Muarem Muarem (Qarabağ)
Ötən turun ən yaxşı oyunçusu və qapıya doğru ən çox dəqiq zərbə endirən “Kəpəz”dən Pərvin Paşayevdir.
“İnter”in gənc futbolçusu İlqar Ələkbərov ən çox dəqiq ötürmə edən futbolçudur.
“Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov 31-ci turun ən çox qayda pozuntusuna yol verən, eyni zamanda rəqibdən daha çox top götürən oyunçudur.
Onun komanda yoldaşı Dejan Kelhar isə hava mübarizələrində hamıdan üstün olub.