Bu gün Topaz Premyer Liqasının 27-ci turuna start veriləcək.
Korner.az-ın məlumatına görə, açılış günü iki görüş baş tutacaq ki, hər iki qarşılaşma ikinci "altılıq" komandalarının duelidi.
Premyer Liqadan düşməsi təsdiqlənən "Kəpəz" çempionatda qalma şanslarını saxlayan "Turan"ı qəbul edəcək. Tovuz təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalıdı.
Digər matçda AZAL “Rəvan”ı qəbul edəcək. İkinci “altılığ”ın birinci və ikinci pillələrində yerləşən bu komandaların oyunu maraqlı olacağı gözlənilir.
