Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün püşkatma mərasimi iyulun 12-də keçiriləcək.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın inzibati binasında baş tutacaq püşkatma mərasimi saat 12:00-da başlayacaq.
Qeyd edək ki, saytımızın əldə etdiyi məlumata görə, yeni mövsümün avqustun əvvəllərində başlayacağı gözlənilir.
