Bu gün Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, ötən ayın ən yaxşı futbolçusu Nikolas Kanales seçilib. Premyer Liqanın hal-hazırkı bombardirinə 1500 manat pul mükafatı verilib.
Fevral ayının ən yaxşı qolunun müəllifi isə "İnter"in futbolçusu Asif Məmmədovun "Xəzər Lənkəran"ın qapısından keçirdiyi qol seçilib. "Bankirlər"in futbolçusuna 1000 manat və xüsusi mükafat verilib. Ssvermədə 22539 nəfər iştirak edib ki, bunlardan da 10761 nəfər Məmmədovun qoluna səs verib.
AFFA-nın inzibati binasında keçirilən tədbirdə həmçinin, Azərbaycan çempionatları tarixində vurulmuş 10.000-ci qolun müəllifinə – "Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədova da PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim edilib.