“Topaz” Premyer Liqanın sponsorluğundan imtina etdi
05.08.2019 , 17:33

“Topaz” Azərbaycan Premyer Liqasının sponsorluğundan imtina etib.Bukmeyker şirkəti PFL ilə əməkdaşlığa son qoyub.
Korner.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.
Qeyd edək ki, “Topaz” 2012-ci ildən Azərbaycan Premyer Liqasına sponsorluq edirdi.
