Topaz Premyer Liqada 23-cü turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, sabah keçiriləcək oyunlarda Tofiq Bəhramov adına Respublika stadionun sabiq direktoru Akif İsmayılovun və Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, Akif İsmayılov 1999-2015-ci illərdə Respublika stadionun direktoru vəzifəsində çalışıb. (Qol.Az)
