Bu gün Topaz Premyer Liqada 2016/17 mövsümünə start veriləcək.
Korner.az-ın məlumatına görə, açılış turununun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Premyer Liqada yeni mövsüm AZAL – “Neftçi” açılış görüşü ilə başlayacaq. Qarşılaşmaya saat 18:00-da start veriləcək.
Digər oyunda “Zirə” “Sumqayıt”ı qəbul edəcək.
Qeyd edək ki, ilk turun digər oyunları 7-8 avqust tarixlərində keçiriləcək.
Topaz Premyer Liqası
I tur
6 avqust (şənbə)
18:00. AZAL – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
“AZAL Arena”
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu
7 avqust
20:00. “İnter” – “Qarabağ”
8 avqust
19:00. “Qəbələ” – “Kəpəz”
