Topaz Premyer Liqasında 29-cu turun oyun cədvəli müəyyənləşib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun görüşləri 3 gün ərzində keçiriləcək.
Tura aprelin 8-də keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu ilə start veriləcək.
8 aprel (cümə)
“Qarabağ” – “Kəpəz”
“Azərsun Arena”, 17:30
9 aprel (şənbə)
“İnter” – AZAL
“İnter Arena”, 16:00
“Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”, 14:00
10 aprel (bazar)
“Rəvan” – “Zirə”
“Bayıl Arena”, 14:00
“Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30
