Premyer Liqada 24-cü turun oyunlarının başlama saatı müəyyənləşib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matçlar şənbə və bazar günləri keçiriləcək.
Mərkəzi oyun – “Qarabağ” – “Zirə” görüşü martın 5-i saat 18.00-da başlanacaq.
5 mart (şənbə)
“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 15:00
“Qarabağ” – “Zirə”
“Azərsun Arena”, 18:00
“Xəzər Lənkəran” – AZAL
“Xəzər Lənkəran” mərkəzi stadionu, 14:00
“Sumqayıt” – “İnter”
“Kapital Bank Arena”, 17:00
6 mart (bazar)
“Rəvan” – “Kəpəz”
“Bayıl Arena”, 16:00
