Mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb.
Korner.az-ın məlumatına görə, milli bukmeker kontorumuz Azərbaycan təmsilçilərinin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” həm səfərdə oynayacaq “Neftçi”nin, həm də Bakıda meydana çıxacaq “Qarabağ”ın şansının az olduğu fikrindədi.
Bu oyunların əmsalları belədi:
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
21 avqust
21:00. Qarabağ – Tvente (3.50 – 3.40 – 1.75)
23:15. Partizan – Neftçi (1.65 – 3.50 – 3.90)
