Reklam

“TOPAZ”: İLK TİRAJIN QALİBLƏRİ HƏDİYYƏLƏRİNİ ALDI

07.11.2018 , 10:59

Azərbaycanın ilk və yeganə mərc oyunları operatoru olan “Topaz”ın “10-dan hədiyyə qazan” stimullaşdırıcı lotereyasının ilk tirajının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Baş mükafat – “Hyundaı Accent” avtomobilinə Həsənqulu Məmmədov sahib çıxıb. Qazandığı avtomobil qalibə “Topaz” rəsmilərinin iştirakı ilə “Hyundaı” salonunda təqdim olunub. Əsas mükafatla yanaşı 2 və 3-cü dərəcəli uduşlar da sahiblərinə verilib. 11 ədəd “Samsung Galaxy S9” və eyni sayda “Playstation 4 Slim ” öz sahiblərinə təqdim edilib. “10-dan hədiyyə qazan” stimullaşdırıcı lotereyası ilin sonuna qədər davam edəcək. Növbəti titajlar noyabrın 26-sı və dekabrın 24-də olacaq. Siz də şanslı qaliblərdən olmaq istəyirsinizsə, vaxt itirmədən lotereyamıza qatılın! İlk tirajın qalibləri ilə bağlı “CBC Sport” telekanalında efirə gedən videosujetlə aşağıdakı linkdən tanış ola bilərsiz.

Son yazılar

Yuxarı