TOPAZ AVRO-2016-nın qrup mərhələsi çərçivəsində keçirilək İtaliya – Azərbaycan matçının əmsallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, mərc oyunları operatoru Apennin təmsilçisini aşkar favorit sayır.
Belə ki, rəqibimizin qələbəsi 1,05 əmsalla qiymətləndirildiyi halda, Berti Foqtsun yetirmələrinin 3 xal qazanmasına 15,00 əmsal verilib. Görüşdə tərəflərin “sülh” bağlaması 7,50 əmsaldır.
Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
