“Topaz” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun əmsallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, mərc oyunları operatoru sabah baş tutacaq yoldaşlıq matçında Berti Foqtsun yetirmələrini favorit sayır.
Bunun üçün Azərbaycan yığmasının qələbəsi 1,30 əmsalla qiymətləndirilib. “Çırtdan ölkə” millisinin qalib gəlməsinə 4,10 əmsal verən “Topaz”da heç-heçə 7,00 əmsaldır.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.