Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsrail oyunu “Topaz” futbol proqramında təkli mərc fürsəti ilə təqdim edilib. Apasport.az saytının məlumatına görə, 102 kodu ilə verilən matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunda Azərbaycanın qalib gəlməsi 3.30, heç-heçə 3.20, İsrailin qələbəsi isə 1.85 əmsalla qiymətləndirilib.
Son yoxlama görüşündə Azərbaycan Bəhreyni 3:0 hesabı ilə məğlub etdiyi halda, İsrail millisi Macarıstan ilə 1:1 hesablı heç-heçə edib. Sentyabrın 7-də “Topaz” proqramında Qazaxıstan – İrlandiya, Litva – Slovakiya, Sloveniya – İsveçrə, Bolqarıstan – İtaliya, Uels – Belçika oyunları da yer alıb.
Bu və digər oyunlara mərc etmək üçün “Topaz” satış məntəqələrin yaxınlaşmaq kifayətdir. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir.
“Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.
