İspaniya La Liqasının son turunda keçirilən “Qefate” – “Vilyareal” matçında (1:1) xoşagəlməz hadisə yaşanıb.
Korner.az-ın məlumatına görə, oyunun 75-ci dəqiqəsində topa zərbə endirmək istəyən qonaqların futbolçusu Mateo Musaççionun ayağı qırılıb.
Argentinalı futbolçunun 5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
