Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” aprelin 5-də bir həftəlik aradan sonra yeni studiyada növbəti dəfə futbolsevərlərin görüşünə gəlib.
Aparıcı Araz Əhmədovun bu dəfəki qonaqları futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov, “Ağsu” klubunun baş məşqçisi Rüfət Quliyev və “Qaradağ Lökbatan” komandasında eyni postu tutan Əfqan Talıbov olub.
Canlı yayımda birinci divizionda olan problemləri müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib. Futbolumuzda ən aktual mövzulardan olan “hakimlik problemi”, birinci divizion klublarının lisenziyalaşdırmaya münasibəti geniş diskussiyaya səbəb olub.
Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da “MYVİDEO” kanalında canlı yayımda efirə gedir. “MYVİDEO” kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.
