Azərbaycan teleməkanın populyar futbol verilişi “TOP TOP” növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
Korner.az-ın məlumatına görə, “TOP TOP”un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları “İnter” klubunun futbolçusu Elvin Məmmədov, FİFA-nın “Golden Foot” mükafatının jüri sədri Rasim Mövsümzadə və azarkeş Kənan Paşasoy olub.
Aparıcı Elçin Məmmədovun təqdimatında canlı yayımlanan “TOP TOP”da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqada baş verən ən maraqlı hadisələrə toxunulub. Milli komandamızın baş məşqçisi mövzusundan da ətraflı danışılıb.
Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. “TOP TOP”un videoyazısını təqdim edirik:
