Hər həftənin bazar ertəsi “CHATBOX” kanalında canlı yayımlanan “TOP TOP” verilişi yenə maraqlı müzakirələrlə yadda qaldı. Proqramın bu dəfəki qonaqları “İnter” klubunun direktoru Natiq Məmmədov, komandanın futbolçuları Vaqif Cavadov, Asif Məmmədov və daimi ekspert Elnur Əşrəfoğlu idi. “TOP TOP”da Premyer Liqa və kubok matçları müzakirə olundu, “İnter” klubu ilə bağlı bir çox məsələlərə aydınlıq gətirildi.
Proqramın videoyazısını təqdim edirik:
