Martın 1-də Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” növbəti dəfə tamaşaçıların görüşünə gəlib.
Korner.az xəbər verir ki, bu dəfəki veriliş azarkeşlərə həsr olunub. Aparıcı Araz Əhmədovun studiyadakı qonaqları “Qarabağ” klubunun azarkeşi Sevinc Məmmədova, “Neftçi”nin fanatı Oqtay Quliyev və “Kəpəz”ə könül verən Müşviq Məmmədov olub.
Canlı yayımda Azərbaycanda azarkeş hərəkatını müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib. Oyunlara azarkeşlərin az maraq göstərməsi və hansı komandanın fanatlarının sayının çox olması məsələsi studiyada geniş diskussiyaya səbəb olub.
Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da “CHATBOX” kanalında canlı yayımda efirə gedir. “CHATBOX” kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.
