Azərbaycan
teleməkanında qısa zamanda populyarlıq qazanan “TOP TOP” verilişi
növbəti buraxılışı ilə görüşünüzə gəlib.
Korner.az-ın məlumatına görə, “TOP
TOP”un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə
həsr olunub. Proqramın bu dəfəki qonaqları Azərbaycanın tanınmış futbol veteranı
Nazim Əliyev, ürəyi hər zaman futbolla döyünən, azarkeş İlqar Həmzəyev və daimi
ekspert Elnur Əşrəfoğlu olub. “TOP TOP”da Azərbaycan futbolunun
hazırki durumu müzakirə edilib, “Neftçi”nin keçmiş baş məşqçisi Nazim
Süleymanov barədə son vaxtlar mətbuatdan yayılan açıqlamalara aydınlıq
gətirilib. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər.
Proqramın videoyazısını sizə təqdim edirik:
