Azərbaycan teleməkanının populyar futbol verilişi “TOP-TOP” mayın 10-da növbəti dəfə efirə gedib.
Korner.az-ın məlumatına görə, aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar PRO kateqoriyalı mütəxəssis Arif Əsədov, “Sumqayıt” klubunun 19 yaşlılarının baş məşqçisi Vaqif Paşayev və “Futbol+” qəzetinin əməkdaşı Mirağa Mirzəyev olub. Verilişdə 17 yaşlıların Avropa çempionatında yığmamızın çıxışını dəyərləndirən qonaqlar, Portuqaliya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə xüsusi yer ayırıblar.
Qeyd edək ki, “TOP-TOP” proqramı hər həftənin çərşənbə axşamı saat 19:00-da “MYVİDEO” kanalında canlı yayımda efirə gedir. “MYVİDEO” kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.
