17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam fikirlərini bildirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, üç qol vurmaları ony sevindirir: "Rəqiblərimizin zəif olmasına baxmayaraq, Antalyada keçirdiyimiz iki qarşılaşmada 6 qol vurmağımız yaxşı nəticədir. Üstəlik bu qolları 4 futbolçu vurub. Yəni komandada “vuran ayağ”ımız çoxdur. Əslində nəticə məni çox maraqlandırmırdı. Bəzi yenilikləri sınadım. 4 yeni futbolçuya şans verdim. Sanki heyət üzvləri arasında meydanda yarış qurmuşduq. Top rəqibdə olan zaman futbolçularımın davranışı, meydandakı hərəkəti xoşuma gəlmədi. Rəqibə çox şans yaradırıq. Həm də uşaqlar oyun zamanı meydanda sərbəst olmurlar. Bunların üzərində işləyəcəyik”.
