Top qapıya yandan daxil oldu, qol sayıldı – Video
20.08.2018 , 20:51
Futbol üzrə Hollandiya Kubokunda “Staphorst” və QOES komandaları arasında keçirilmiş 1/128 final matçında qapıya yan tərəfdən daxil olan top qol sayılıb.
Top qapı torundakı kiçik yırtıqdan içəri girib. Baş hakim köməkçiləri ilə birgə qərara gəlib ki, qol qaydalar çərçivəsində vurulub.
Qeyd edək ki, görüş QOES-in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
