Toni Kross “Real”da qalacaq? – Özü açıqladı
18.04.2024 , 18:16

“Real”ın futbolçusu Toni Krossun komandadakı gələcəyi məlum deyil.
Korner.az xəbər verir ki, futbolçu bu barədə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Mançester Siti”yə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
Futbolçu hələ qərar vermədiyini bildirib.
Onun “Real”la müqaviləsi yayda bitəcək.
