Toni Kros: “El-Klasiko” futbol bayramıdır”
27.02.2019 , 17:42

“Real Madrid” klubunun yarımmüdafiəçisi Toni Kros “Barselona” ilə oynanılacaq oyun öncəsi mətbuata açıqlama verib.
29 yaşlı futbolçu “El-Klasiko”nun digər görüşlərdən tamamilə fərqləndiyini qeyd edib.
“El-Klasiko” Dünyanın iki ən böyük klubunu qarşılaşdıran oyundur. Bunu paltardəyişmə otağında da hiss etmək olur. Bu oyuna tam ayrı yanaşılır və bu görüşün tarixinin böyük olmasına görə sanki bundan başqa vacib bir şey yoxmuş kimi yanaşılır.”
Qeyd edək ki, Toni Kros 2014-cü ildən Madridin “Real” klubunun şərəfini qoruyur.
