“Bavariya”nın futbolçusu Toni Kroos “Real”a razılığa gəldiyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Korner.az-ın yaydığı xəbərə görə, almaniyalı oyunçu Münhen təmsilçisindən ayrılıb-ayrılmayacağı ilə bağlı qərarını DÇ-2014-dən sonra verəcəyini deyib:
“Dünya çempionatı başa çatana qədər qərarımı verməyəcəyim. Hazırda “Bavariya”nın oyunçusuyam və heç bir klubla müqavilə imzalamamışam”.
Qeyd edək ki, T.Kroosun “Real”la ilkin müqavilə imzaladığı iddia edilir.
