Toni Kroos Arda ilə bağlı danışdı
29.07.2024 , 13:44

“Real Madrid”lə müqaviləsi başa çatan Toni Kroos Arda Gülerlə bağlı maraqlı fikirlər səsləndirib.
Korner.az xəbər verir ki, ulduz futbolçu açıqlamasında gənc oyunçunu tərifləyib:
“Arda Güleri digər oyunçulardan fərqləndirən cəhət onun öyrənməyə açıq olmasıdır. O, bura ilk gələndə etdiyimiz işlərə çox diqqət yetirirdi. Bu gün onun kimi oyunçular çox deyil. O, həqiqətən də öyrənmək və özünü inkişaf etdirmək istəyir. Onun sol ayağı inanılmazdır. Bunu hamımız ilk məşqdən hiss etdik”.
Ardanın AVRO-2024-də vurduğu qola da toxunan Kroos, “Arda Güler oynadığı hər matçda qol vurmağı bacarıb. AVRO-da vurduğu qol şans deyildi”, – deyə o, açıqlamasında bildirib.
