“Xəzər Lənkəran”ın ispan qapıçısı Toni Doblas Azərbaycandakı karyerası ilə bağlı açıqlmama verib.
Korner.az-ın məlumatına görə, Toni bu dəfə İspaniya mətbuatına daha sərt danışıb:
“Xəzər Lənkəran”dakı karyeramın uğurlu alındığını, yaxşı təcrübə olduğunu deyə bilmərəm. Halbuki, mən öz üzərimdə çalışırdım və başa düşürdüm ki, yalnız bununla yaxşı nəticəyə nail olmaq olar. Bütövlükdə karyeramın bu mərhələsini belə xarakterizə edə bilərəm: cənnət axtarırdım, cəhənnəmə düşdüm”.
