Azərbaycan dilini öyrənməyə başlayan "Xəzər Lənkəran"ın qapıçısı Toni Doblas bzim dildə “twitter”də növbəti dəfə şərh yazıb.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı komandasının ilk "altılıq"dan kənar qalmasına üzüldüyünü, ancaq futbolçuları ruhdan düşməməyə çağırıb:
"Sabahınız xeyir. Çoxunun problemi olur. Həyat davam edir. Mübarizəni davam etdirmək, qələbə qazanmaq üçün”.
Qeyd edək ki, “Xəzər Lənkəran” mübarizəni davam etdirdiyi Azərbaycan kubokunun 1/4 finalında “Rəvan”la cavab oyununu martın 7-də keçirəcək.