Avropanın məhşur Eurosport kanalı Azərbaycan futbolu haqqında videosujet hazırlayıb.
Korner.az-ın məlumatına görə, videoçarxda Azərbaycanın “Atletiko” (Madrid) ilə bağladığı müqavilədən, ölkəmizdə olan “Mançester Yunayted” və “Real” futbol məktəblərindən bəhs edilib. Kanala açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycan futbolunun gələcəyinin əmin əllərdə olduğunu bildirib.
Vaxtilə “Qəbələ”də baş məşqçi kimi çalışmış, hazırda futbol direktoru vəzifəsini tutan Toni Adamsın da fikirlərinə yer verilib.
