Avropa Liqasında mübarizəni dayandıran "Xəzər Lənkəran"ı dayandıran Polşanın "Lex" klubunun rəsmi saytı oyunun ən yaxşılarını seçib.
Korner.az-ın məlumatına görə, Poznan təmsilçisinin dünənki qələbəsində böyük rol oynayan Aleksandr Tonev "Lex"in ən yaxşısı seçilib. Matçın 15-ci dəqiqəsində "Lex"i hesabda önə keçirdən qolu vuran bolqar futbolçu polyakların ən yaxşısı oldu.
"Xəzər Lənkəran"dan isə Sadio Tounkara ən yaxşısı adına layiq görüldü. Halbuki Yunis Hüseynov Tounkaranı ikİnci hissənin 65 -ci dəqiqəsində əvəzlədi.
