Tomiyasu karyerasını “Ayaks”da davam etdirəcək
16.12.2025 , 20:00
“Arsenal”dan ayrıldıqdan sonra klubsuz qalan Takehiro Tomiyasu karyerasında yeni mərhələyə başlayıb.
Korner.az xəbər verir ki, Yaponiyanın milli komandasının üzvü Niderland çempionatında çıxış edəcək.
26 yaşlı mərkəz müdafiəçisi “Ayaks”la razılığa gəlib. Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, Tomiyasu ilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, yapon futbolçu cari ilin yay transfer pəncərəsində “Arsenal”la yollarını ayırmışdı.