Tomas Tuxel komandasını tərifə tutub
25.02.2019 , 19:13

PSJ klubunun almaniyalı baş məşqçisi Tomas Tuxel komandası haqqında xoş sözlər deyib.
Son oyunlardakı uğurlu nəticələrə toxunan Tuxel istədikləri oyunu oynadıqlarını bildirib.
“Komandam ilə qürur duyuram. Məncə, onların gördüyü işlər çox yaxşıdır. Mən və mənim köməkçilərim oyunçulardan razıyıq.”
Qeyd edək ki. Tomas Tuxel cari mövsümün əvvəlində komandanın baş məşqçisi postuna gətirilib.
