Tomas Qilqemann: “Aleksandr Karapetyanı Azərbaycana aparmaq lazımsız riskdir”
27.06.2018 , 12:51

“Qəbələ”nin rəqibi olan “Proqres”in erməni futbolçusu Aleksandr Karapetyanın ölkəmizə gəlib-gəlməyəcəyi maraq doğururdu
Lakin klubun meneceri Tomas Qilqemann yerli mətbuata açıqlamasında bildirib ki, futbolçu Azərbaycana gətirilməyəcək: “Klub rəhbərliyi futbolçunun təhlükəsizliyini qorumaq və lazımsız riskdən qaçmaq üçün Aleksandr Karapetyanı Azərbaycana gətirməyəcək”.
Xatırladaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” – “Proqres” oyunu iyulun 12-də Qəbələdə keçiriləcək və saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda olacaq.
