Tomas Parteyin evi qarət olundu
01.10.2019 , 20:40

“Atletiko” klubunun futbolçusu Tomas Parteyin evi qarət olunub.
Korner.az xəbər verir ki, futbolçu hadisə zamanı Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Lokomotiv”lə oyun üçün Moskvada olub.
Qeyd edək ki, “Lokomotiv” – “Atletiko” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
