Tomas Müller hansı kluba keçir?
13.05.2025 , 16:54

Mövsümün sonunda “Bavariya”dan ayrılacaq Tomas Müller yeni transfer iddiası ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ulduz futbolçu MLS klubuna keçə bilər.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 35 yaşlı oyunçunun xidmətində “Los-Anceles”in maraqlı olduğu bildirilib.
