Tomas Müller “Bavariya”dan ayrılır – Özü açıqladı
05.04.2025 , 12:58

“Bavariya”nın futbolçusu Tomas Müller cari mövsümün sonunda klubdan ayrılacaq.
Korner.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial media hesabından məlumat yayıb.
Müller Münhen təmsilçisi ilə yeni müqavilə imzalamayacağını bildirib.
Ulduz oyunçu 2008-ci ildən klubun əsas komandasında çıxış edir.
