Tomas Müller: “Barselona”ya keçidim mümkündür”
21.10.2025 , 23:00
Hazırda MLS-in “Vankuver” komandasında çıxış edən təcrübəli alman yarımmüdafiəçi Tomas Müller “Barselona”ya mümkün keçidi barədə danışıb.
Korner.az xəbər verir ki, o, xarici KİV-ə açıqlamasında belə deyib:
“Barselona”dakı gələcəyimi təsəvvür edə bilərəm. Əgər Flik çağırsa, Kataloniya klubuna keçidim tamamilə mümkündür. “Barselona” top-klubdur”.
Qeyd edək ki, Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” ötən mövsüm La Liqada çempion olub. Hazırda komanda ölkə çempionatının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.