Tomas Frank: “Van de Venin qol seriyası bizi sevindirir”
06.11.2025 , 17:07
“Tottenhem”in baş məşqçisi Tomas Frank komandanın müdafiəçisi Mikki van de Venin performansı barədə fikirlərini bölüşüb.
Korner.az xəbər verir ki, mütəxəssis niderlandlı futbolçunun bu mövsümdə göstərdiyi oyunu yüksək qiymətləndirib:
“Mikki hazırda bütün turnirlərdə komandamızın ən çox qol müəllifidir. Bunun davam etməsi bizi yalnız sevindirə bilər. Oyundan sonra məndən narazı qalsa belə, qoy keçib getsin, əsas odur ki, meydanda belə çıxış etsin (gülür)”.
24 yaşlı müdafiəçi mövsüm ərzində 15 qarşılaşmada iştirak edib və 6 dəfə fərqlənib.
“Tottenhem” Premyer Liqanın 11-ci turu çərçivəsində noyabrın 8-də “Mançester Yunayted”lə görüşəcək.