Tomas Frank “Tottenhem”də qalacaq
06.01.2026 , 16:00
“Tottenhem”in baş məşqçisi Tomas Frank qış transfer pəncərəsində klub rəhbərliyinin dəstəyini alacaq.
Korner.az xəbər verir ki, mütəxəssis mövsümün sonuna qədər komandada qalacaq, yekun qərar isə mövsüm bitdikdən sonra veriləcək.
Hazırda onun istefaya göndərilməsi nəzərdə tutulmur.
Qeyd edək ki, danimarkalı məşqçi mövsümün əvvəlindən “Tottenhem”i çalışdırır. Komanda 20 turdan sonra Premyer Liqada 27 xalla 13-cü yerdə qərarlaşıb.