Tomas Foket “Trabzonspor”a keçir?
05.05.2023 , 15:35

Transfer işlərinə davam edən “Trabzonspor” rəhbərliyi yeni mövsüm üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub Fransa 1-ci liqasında mübarizə aparan “Reyms”in belçikalı futbolçusu Tomas Foketi heyətinə cəlb edə bilər.
28 yaşlı futbolçunun növbəti mövsümdə “bordo-mavilər”də forma geyinəcəyi gözlənilir.
