Tolqay Arslan “Beşiktaş”dan gedir
30.01.2019 , 19:00

“Beşiktaş”ın yarımmüdafiəçisi Tolqay Arslan klubdan ayrılacaq.
Bunu komandanın baş məşqçisi Şenol Günəş Türkiyə mətbuatına açıqlamasında deyib.
O, həmçinin portuqaliyalı yarımmüdafiəçi Rikardo Quarejmanın da ayrılacağını təsdiq edib. Təcrübəli çalışdırıcı Domaqoy Vida və Enzo Rokonun “Beşiktaş”da qalacağını bildirib.
Qeyd edək ki, Tolqay Arslan “Beşiktaş”a 2015-ci ildə “Hamburq”dan keçib.
