Futbol

Tokio-2020: Turan Bayramovun ilk rəqibi müəyyənləşdi

04.08.2021 , 10:27

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun ilk rəqibi müəyyənləşib.

Korner.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib.

Son yazılar

Yuxarı